De Byazi futbolçulara səsləndi: "Heyətlə bağlı qərarım sizdən asılıdır"

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi yığma üzvlərinə səslənib. 

 

Newsport.az-ıın məlumatına görə, 64 yaşlı italiyalı mütəxəssis bunu qeyd edib:

 

"Salam, uşaqlar. Artıq Millətlər Liqasının başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdır: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, qürurla milli yığmanı böyük zirvələrə aparmaq hissi. Tezliklə görüşənədək".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right