Roan Fergüson “Qarabağ”ı yada saldı

Şimali İrlandiyanın “Linfild” klubunun qapıçısı Roan Fergüson ötən yay Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları yada salıb.

Newsport.az-ın xəbərinə görə, o, ölkəsinin mətbuatına müsahibəsində deyib:

“Biz işimizin öhdəsindən layiqincə gəlirdik. Əvvəl “Torshavn”ı, sonra “Sutyes”kanı çıxardıq. “Qarabağ”la matçlarda isə bəxtimiz gətirmədi. Elə çox komanda yoxdur ki, onlar yalnız vurulan və buraxılan qollardakı nisbətə görə qrupa düşə bilməsin”.

Xatırladaq ki, səfərdəki oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzsa da, Bakı 2:1 hesabı ilə qələbə qazanıb. Ağdam təmsilçisi səfərdə daha çox qol vurması sayəsində mərhələ adlayıb.
 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah