Qriqorçuk Azərbaycan variantından danışdı: "Millidə işləməyə hazıram"

Qazaxıstanın "Astana" klubundan ayrıldıqdan sonra işsiz qalan "Qəbələ"nin keçmiş baş məşqçisi Roman Qriqorçuk gələcək planlarından danışıb.

 

Newsport.az "meta-ratings.com.ua" saytına istinadla xəbər verir ki, 55 yaşlı mütəxəssis adının bir müddət əvvəl Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib:

 

"Bu suallara həmişə belə cavab verirəm: şərh yoxdur. İndi müasir dünyada fərqli məlumatlar yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini belə başa düşmək çətindir. Şərh verməklə belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunlar fərqli işlərdir. Əvvələr özümü yığmanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu yöndə fəlsəfəm düzəldi və bu işə hazır olduğumu görürəm".

 

Ukraynalı mütəxəssis 2015-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb və bölgə klubunu 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right