"Öz halal pulumu almaq istəyirəm" Millimizin hücumçusu

“Keşlə”dən ayrılan millimizin hücumçusu Ruslan Qurbanovun müsahibəsini təqdim edirik:

– “Keşlə”dən ayrılığın bir az gözlənilməz oldu. Mövsüm boyu baş məşqçi də, klub da səndən razı qaldığını bildirmişdi…

– “Keşlə” ilə yaxşı sağollaşdıq, onlara Avropa Liqasında uğurlar arzulayıram. Tərlan Əhmədova da uğurlar diləyirəm və mövsümə görə təşəkkür edirəm. Fərqli münasibət gördüyüm üçün müqaviləni uzatmamaq qərarına gəldim. Nə də olsa, bütün səmimiyyətimlə “Keşlə”yə uğurlar arzulayıram.

– Slavik Alxasov maddi məsələlərə görə klubdan ayrıldığını bildirib. Bəs, sənin ayrılığında nə rol oynadı?

– Mənə hələ qış aylarında məvacibi artıracaqlarını söz vermişdilər. Bəzi oyunçularda bunu etdilər, məndə isə yox. Mən öz oyunuma və statistikama əsaslanaraq bunu istədim. Ancaq nə olsa da, Allaha şükürlər olsun, demək ki, belə olmalı imiş. Slavik haqqında heç nə deyə bilmərəm. Bildiyim odur ki, o da klubu tərk edib.

– Bəlkə karantindən sonra səninlə bağlı durum dəyişib…

– Heç bir şey yox idi, hər şey əvvəlkilərlə eyni idi. 20 yaşım yoxdur ki, oturub gözləyim. Oynamaq və irəliləmək istəyirəm. Çempionatda bacardığımı ortaya qoymuşam. Niyə Tito yox, Meza Kolli yox mən ehtiyat oyunçular skamyasında oturmalıyam?

– Bu sualı rəhbərliyə verdin?

– Onlara bu sualları vermirəm. Çünki cavablarını onsuz da bilirdim. Onlardan bir şey soruşmağa ehtiyac duymadım. Hər şeyi əvvəldən qərar vermişəm. Mənim onlarda Avropa Liqasında düşmək üçün müqavilədə olan bonusum və may ayının maaşı qalıb. Onları da aldıqdan sonra məni kluba bağlayacaq tək xatirələr qalacaq.

– Yeni təkliflər varmı?

– Agentlərim bu istiqamətdə işlər görürlər. Yaxın gələcəkdə hər şeyi yoluna qoyacağıma inanıram. Buna görə də klubun mənimlə hesablaşmasını gözləyirəm. Bundan sonra Rusiyanın Stavropol şəhərinə yollanacam. Valideynlərimi gördükdən sonra karyeram barədə qərar verəcəm və düşünəcəm.

– Klubun hesablaşması deyərkən bonusları nəzərdə tutursan?

– Bəli, Avropa Liqası üçün ayrılan bonus və maaşımı nəzərdə tuturam. Maraqlı deyil ki, bu pulu “Keşlə” və ya kim ödəyəcək. Öz halal pulumu almaq istəyirəm (futbolinfo.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right