Emil Balayev "Qarabağ"da

“Zirə”nin qapıçısı Emil Balayev “Qarabağ”a transfer olunub. Newsport.az xəbər verir ki, bu barədə nüfuzlu “transfermarkt.com” saytı məlumat yayıb.

Ağdam klubu millimizin üzvünün yeni komandası kimi göstərilib. Onun iyulun 1-dən 2020-21 mövsümünü “Qarabağ”da keçirəcəyi bildirilib.

Bununla yanaşı, dünyaca məşhur sayt Emil Balayevin qiymətini 950 min avro olaraq göstərib.

Qeyd edək ki, 26 yaşlı qolkiper “Zirə” ilə mövsüm sonuna qədər müqavilə imzalamışdı. O, paytaxt klubuna Qazaxıstanın “Tobol” komandasından qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right