Beqoviç Azərbaycan çempionu oldu

Bosniyalı qapıçı Asmir Beqoviç Azərbaycan çempionu olub.
 
Newsport.az-ın xəbərinə görə, 2019/20 mövsümünün birinci dövrəsini “Qarabağ”da keçirən təcrübəli qolkiper Premyer Liqamızda 10 oyunda meydana çıxıb. Bu o deməkdir ki, yarışların əsasnaməsinə görə, Beqoviç də Ağdam klubunun oyunçusu kimi Azərbaycan çempionatının qızıl medalına layiq görülür. 
 
Xatırladaq ki, Asmir Beqoviç 2019-cu ilin sentyabrında 4 aylıq icarə qaydasında “Qarabağ”a gəlib. Dekabrda isə o, komandanı tərk edib. Müqavilə ilə “Bornmunt”a (İngiltərə) məxsus olan Asmir yanvarda  “Milan”a (icarə qaydasında) keçib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right