Sabiq "Qarabağ"lı "Qalatasaray"ın hədəfində

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını “Qalatasaray”da davam etdirə bilər.  Newsport.az  “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fernando Musleranın uzun müddət meydanlardan kənar qalmasının ardından qapıçı axtarışlarını başlayıb.

Bildirilir ki, “sarı-qırmızılar” “Mançester Siti”nin 37 yaşlı qolkiperi Kladio Bravo və “Atletiko” ilə mövsüm sonu yollarını ayıracaq Antonio Adanın da xidmətində maraqlıdır.

Ancaq bu oyunçularla yanaşı, “Qalatasaray” Türkiyədə çıxış edən legioner qapıçılardan birini də heyətinə cəlb edə bilər.

Bunların içində “Erzurumspor”da forma geyinən İbrahim Şehiç də var. Bosniyalı futbolçunun mövsüm sonu komandası ilə müqaviləsi sona çatır.  Yayda azad agent statusuna sahib olacaq 30 yaşlı qapıçının İstanbul klubuna keçmə ehtimalı yüksəkdir.

Xatırladaq ki, Muslera Super Liqanın son turunda “Rizəspor”a qarşı oyunda zədələnib. Uruqvalı oyunçunun 6-8 ay arası meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right