"Aleksey İsayev ora getməyə tələsdi" keçmiş baş məşqçisi

“Yenisey”də işlədiyimiz vaxt bizdə Aleksey İsayev kimi gənc oyunçu var idi. Getdikcə ona daha çox şans verdik və inkişaf etməyə başladı”.

Newsport.az xəbər verir ki, bu sözləri “Rubin”in gənclərdən ibarət komandasının baş məşqçisi Vladimir Ejurov deyib. Tacikistanlı mütəxəssis 25 yaşlı yarımmüdafiəçiyə uğursuzluqlarla bağlı xəbərdar etdiklərini vurğulayıb:

“Yaxşı bir menecer İsayevi “Zenit”ə apardı. Ona dedik ki, səni icarəyə verəcəklər, ən yaxşı halda əvəzedici heyətdə olacaqsan. Ancaq Aleksey bizimlə razılaşmadı, “Zenit”ə keçdi. Orada gənclər komandasında çıxış etməyə başladı. Halbuki əsas heyətdə oynamaq düşüncəsi ilə getmişdi. “Zenit-2”nin baş məşqçisi Vadim Radimovla arasında anlaşılmazlıq oldu. Bütün bunlar onu həvəsdən saldı. Ardından İsayevin “Zenit”ə lazım olmadığı üzə çıxdı. Sonra isə Azərbaycan çempionatına yollandı. Nəticədə belə bir gənc nə  üzərindəki təzyiqə, nə də menecerlərə dözə bildi”.

Qeyd edək ki, Aleksey İsayev 2018-ci ilin yayından “Sumqayıt”ın formasını geyinir.         





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right