"Qəbələ"dən dedilər: "Bu dəyişiklər sırf maliyyə ilə bağlıdır"

"Qəbələ" Futbol Akademiyasında yeni mövsümdən bəzi dəyişiklər olacağını xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, , burada çalışan məşqçilərlə yolların ayrılması və onların əvəzinə Qəbələdə yaşayan yerli mütəxəssislərə üstünlük verilməsi gözlənilir.

Məsələ ilə bağlı "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov Sportinfo.az-a bunları deyib:

"Ümumiyyətlə, işçi heyəti ilə bağlı belə məsələlər var. Növbəti il üçün olan planlar haqda indidən nəsə danışa bilmirik. Çünki bu büdcədən, maliyyə məsələlərindən asılıdır. Amma müəyyən dəyişiklərin olacağı gözlənilir. Və bu dəyişiklər sırf maliyyə ilə bağlıdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right