"Esyen karyerasını "Səbail"də bitirəcək"

"Səbail”in futbolçusu Maykl Esyen karyerasını bitirməyə hazırlaşır. Newsport.az “GhanaWeb”ə istinadən xəbər verir ki, təcrübəli oyunçu futbolla paytaxt təmsilçisində vidalaşacaq. 

“Esyen “Səbail”də oynamaqla, futbolda sonrakı həyata hazırlaşır. O, həm də U-19 komandasının baş məşqçisidir. Əgər Premyer Liqa bərpa olunsa, afrikalı oyunçu karyerasını başa vuracaq” – deyə, yazıda bildirilib.

Qanalı yarımmüdafiəçinin karyerasını ölkəsinin "Liberty Professionals" klubunda bitirəcəyi də istisna edilməyib.

Qeyd edək ki, ötən ildən "Səbail"də çıxış edən Maykl Esyen karyerası ərzində "Çelsi" "Real” və "Milan" kimi komandalarda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right