"Qarabağ"ın istədiyi qapıçı klubundan ayrılır

"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias Argentinanın “Boka Xuniors” klubundan ayrılır.

Newsport.az "İnfobae" nəşrinə istinadən xəbər verir ki, argentinalı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.

Diasla İspaniya La Liqa təmsilçisi "Leqanes"in maraqlandığı iddia olunub.

Qeyd edək ki, "Qarabağ" 2019-cu ilin yayında Markos Diasla danışıq aparıb, ancaq 34 yaşlı qapıçı Ağdam klubunun təklifini qəbul etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right