"Azərbaycana qarşı yaxşı çıxış etdik" Rayan Giqqz

Uels yığmasının baş məşqçisi Rayan Giqqz yerli mətbuata açıqlama verib. Newsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının AVRO-2020-nin seçmə mərhələsindəki çıxışına da münasibət bildirib:

“Yüksək səviyyədə futbol oynamaq lazım olduqda bunu etdik. Səfərdə Azərbaycan və Slovakiyaya qarşı yaxşı çıxış etdik. Fiziki cəhətdən güclənmək və uğurlu nəticə qazanmaq lazım olduqda bunu bacardılar – evdə Xorvatiya və Macarıstana qarşı. Onlar bunu edəcəklərinə inandılar, nəticədə reallaşdırdılar”.

Qeyd edək ki, Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda çıxış edən Uels ikinci yeri tutaraq AVRO-2020-nin final mərhələsinə adlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right