"Neftçi" karantini pozub?

"Neftçi"nin koronavirusa görə tətbiq edilən karantində məşq bazasında hazırlığa başlaması ilə bağlı video yayılıb.

 

Newsport.az xəbər verir ki, həmin videonu komandanın 31 yaşlı hücumçusu Baqali Dabo "Instagram"da paylaşıb. Bu gün fransalı futbolçu bununla bağlı məlumat yayıb:

 

"Statusumda paylaşdığım videom haqqında mediada yayılan bir xəbər gördüm. Bu video karantin günlərindən öncə çəkilib. Klubuma pis təsiri olduğunu görürəm. Buna görə də bu yazını sizinlə paylaşmaq qərarı verdim. Bir daha qeyd edirəm, paylaşdığım video karantin dönəmindən öncəyə aiddi. Çünki məşqlərimiz və futbol üçün darıxmışam. Bir aydan çoxdu ki, məşq mərkəzində olmamışam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right