Rüfətli "Foneks Rizing"də məşqlərin bərpası uzadıldı

Milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi Amerika birinci liqasında (USL) məşqlərin bərpa müddəti uzadılıb. Newsport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Daha əvvəl USL təmsilçilərinin mayın 10-da məşqləri bərpa ediləcəyi gözlənilirdi. Ancaq bu tarix mayın 15-nə qədər uzadılıb. Buna səbəb kimi səhiyyə işçilərinin tələbləri göstərilib.

Bununla yanaşı, ayın 15-də məşqlər bərpa edilsə, oyunçular arasında məsafə qorunacağı və hazırlıqların həkim nəzarətində keçiriləcəyi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right