UEFA bu qərarı qəbul etsə, Azərbaycanı avrokuboklarda hansı klublar təmsil edəcək?

Avropada milli liqalar koronavirusa görə davam etdirilməsə, avrokuboklara vəsiqə qazanacaq komandalar UEFA-nın reytinq cədvəlinə görə təyin edilə bilər.

 

Newsport.az xəbər verir ki, UEFA-nın videokonfransında bu barədə müzakirə aparılıb. Əgər koronavirusa görə dayandırılan liqalar bərpa edilməsə, klubların UEFA-dakı reytinqinə görə, növbəti mövsümün avrokubok iştirakçıları müəyyənləşəcək.

 

Bu təklifi İtaliya mediası irəli sürmüşdü və məsələ ali qitə qurumunun videokonfransında müzakirə edilib. Federasiyalara kubok və çempionat oyunlarını başa çatdırmaq tövsiyə edilib. Amma UEFA yarışı başa vura bilməyəcək federasiyaları anlayışla qarşılayacaq. 

 

Azərbaycan çempionatı davam etdirilməsə, bu durumda Çempionlar Liqasında 21,000 xalla UEFA-nın reytinqində 72-ci sırada qərarlaşan "Qarabağ" mübarizə aparacaq.

 

Avropa Liqasında çempionatın turnir cədvəlində sonuncu olan "Qəbələ" çıxış edəcək. "Qırmızı-qaralar" UEFA sıralamasında 7,500 xalla 148-cidir.

 

Avropa Liqasına digər 2 vəsiqəni "Neftçi" və "Səbail" qazanacaq. "Keşlə", "Zirə" və "Kəpəz"in də eyni - 2,750 xalı olsa da, son mövsümün nəticələri əsas götürüləcək.

 

UEFA-nın növbəti videokonfransı aprelin 23-ü baş tutacaq. Hazırda qitə qurumu bu məsələnin üzərində çox düşünmək istəmir və federasiyalara avqustun 3-dək çempionatları bitirməyi tapşırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right