"Sabah" afrikalı hücumçunu istəyir

“Sabah” Cənubi Afrikanın “Orlando Pirates” klubunda çıxış edən Vinsent Pule ilə maraqlanır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı hücumçunu transfer siyahısına daxil edib.

“Sabah”ın cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin başqa futbolçularını da izlədiyi bildirilir. “Orlando Pireates”in rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Pule 2018-ci ildən hazırkı klubunda çıxış edir. O, bu günə qədər komandası ilə keçirdiyi 46 görüşdə 8 qol vurub.

Hendrik Ekşteyn 2019-cu ilin yayında "Sabah"a keçib. O, carı mövsümün qış transfer dönəmindən "Səbail"in formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right