Paşayev oynamadı, komandası mübarizəni dayandırdı

Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
 
Newsport.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu  “Aleksandriya” Kiyev “Dinamo”su ilə qarşılaşıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada 1 qol buraxan "Aleksandriya" 0:1 hesabı ilə uduzub və kubokda mübarizəni dayandırıb.
 
Paşayev bu matçda oynamayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right