"Zirə"nin 20-ci səfər qələbəsi

“Zirə” Azərbaycan Premyer Liqasında 20-ci səfər qələbəsini qazanıb. 

 

Newsport.az-ın məlumatına görə, yubiley XX turun “Səbail”lə qarşılaşmasına təsadüf edib.

 

“Qartallar” “ASCO Arena”da təşkil olunan görüşdə 3:1 hesablı qələbə qazanıb. Komanda 20-ci uğuruna 70-ci matçında çatıb.


2017/18 mövsümündə daha çox – 6 səfər qarşılaşmasından qalib ayrılan “Zirə” 2015/16 mövsümündə 5 dəfə rəqib meydanında üç xala sevinib. 2018/19 mövsümündə 4, 2016/17 mövsümündə isə 3 belə qələbə qeydə alınıb.

 

“Səbail” üzərindəki qalibiyyət cari mövsümün ikinci səfər uğurudur. Rəqib meydanındakı son qələbəsini sentyabrın 14-də “Sumqayıt”la matçda (2:1) əldə edən “qartallar” Zaur Həşimovun rəhbərliyi altında ilk belə uğurunu rəsmiləşdirib.


“Zirə”nin ən çox səfər qələbəsi qazandığı rəqiblər – 4 dəfə məğlub etdiyi “Sumqayıt”la “Səbail”dir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right