Emil Balayevin yeni klubu müəyyənləşdi - Azərbaycana qayıtdı

Millimizin qapıçısı Emil Balayev karyerasını ölkəmizdə davam etdirəcək.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Premyer Liqa təmsilçisi "Zirə" ilə müqavilə imzalayıb. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Millimizin üzvü yeni klubunda 12 nömrəli forma geyinəcək.

Qeyd edək ki, E.Balayev bu qış "Tobol"u tərk edib. O, bu ay Norveçin "Bude-Qlimt" klubuna keçməyə yaxın olsa da, bu transfer maliyyə məsələləri səbəbindən alınmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right