Almaniya və Niderland yığmalarının nümayəndələri Bakıya gəldilər

Avro-2020-nin final mərhələsi ilə əlaqədar müxtəlif milli komandaların nümayəndələri Bakıya səfər etməkdədir.Almaniya milli komandasının meneceri Maike Seuren və komandanın səyahət meneceri Matthias Grimm Bakı Olimpiya Stadionuna, Tofiq Bəhramov adına Respublika stadionuna, həmçinin paytaxtımızdakı otellərə baxış keçiriblər.
 
Almaniyalı qonaqla AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədovla görüşüb, Avro-2020 barədə fikir mübadiləsi aparıblar.
 
Niderland milli komandasının da nümayəndələri Bakıya gəlib, Bakı Olimpiya Stadionu ilə tanış olublar. Əməliyyat Qrupu tərəfindən Fan Zona barədə qonaqlara ətraflı məlumat verilib.
 
Xatırladaq ki, Avro-2020-nin A qrupunda 3 oyun, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionundakı qrup oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları iştirak edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right