Rauf qol vurub, "Neftçi"yə mesaj göndərdi

Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün “Neftçi” ilə oyunda “Səbail”in bərabərlik qolunu vuran Rauf Əliyevin sevincini çılğınlıqla qeyd edib.

Newsport.az-ın məlumatına görə, matçın 90+2-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən hücumçu “Neftçi”yə mesaj verib. O, qoldan sonra formasını rəqib komandanın məşqçilər korpusu olan texniki zonaya göstərib.

Qeyd edək ki, ötən ilin yayında “Nefçi”yə keçən Rauf Əliyev qış fasiləsində klub tərəfindən müqaviləsi birtərəfli qaydada ləğv edilərək göndərilib.



 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right