İlqar Qurbanov: "Avropa Liqası barədə düşünmək lazım deyil"

Premyer Liqanın 18-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın futbolçusu İlqar Qurbanov oyundan sonra açıqlama verib.
 
Newsport.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi məğlubiyyəti şərh edib:
 
"Gərgin oyun keçdi. Futbolçularımız yaxşı mübarizə apardı. Sadəcə, bir boşluq oldu və “Qarabağ” da bundan istifadə etdi. Oyundan qopmadıq. “Qarabağ”ı təbrik edirəm. Xal alsaydıq, daha yaxşı olardı. İrəli baxmalıyıq. Vacib matçlarımız var. Nə qədər az xal itirsək, yaxşı olar. “Keşlə” ilə oyunu düşünməliyik".
 
Təcrübəli oyunçu ilk 4-lük uğrunda mübarizədə sona qədər yarışacaqlarını deyib:
 
"Gərgin mübarizə var. Hər yer uğrunda mübarizə gedir. Sonra turlara kimi gərgin yarış olacaq. İnşallah, biz də davam edəcəyik".
 
Qurbanov Avropa Liqası barədə düşünməyin tez olduğunu vurğulayıb:
 
"Bu barədə danışmaq lazım deyil. Qarşıda vacib oyunlar var. Sonda hər şey məlum olacaq".
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right