Əliyevin komandası İspaniyadakı ilk sınağından qalib ayrıldı

İspaniyada təlim-məşq toplanışında olan Rusiyanın “Ufa” klubu buradakı hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Başqırdıstan təmsilçisi İsveçrənin “Rappersvil” klubu ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç “Ufa”nın qələbəsiylə başa çatıb – 2:1. Azər bu görüşün iştirakçısı olmayıb.

Əliyevin komandası növbəti sınaq matçını fevralın 22-də Moskva ÇSKA-sına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right