Milli Danimarka ilə qollu heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, milli Danimarkanın "Hellerup" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.

 

Azərbaycan yığması toplanış çərçivəsində keçirdiyi ilk yoxlama matçında Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə heç-heçə edib - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right