“Neftçi” azarkeşlərə müraciət etdi – “Qarabağ”la oyuna görə

“Neftçi” bu gün “Qarabağ”a qarşı keçiriləcək Premyer Liqanın 16-cı turunun oyunu ilə əlaqədar azarkeşlərinə müraciət edib.

Newsport.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçında qonaq komandanın azarkeşləri 5-ci və 6-cı sektorlarda yer alacaqlar. “Bu sektorlar üçün qiyməti 1 AZN olan biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür”.

Xatırladaq ki, “Qarabağ” – “Neftçi” oyunu saat 20.00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right