Alper Potuk "Qarabağ"a gəlməkdən imtina edib

“Qarabağ”ın transfer etmək istədiyi Alper Potukun Azərbaycana gəlmək istəmədiyi bildirilib. Newsport.az xəbər verir ki, bu barədə “Milliyət” qəzeti məlumat yayıb.
 
Məlumatda bilrilib ki, Türkiyə millisinin sabiq üzvü əvvəlcə “Fənərbaxça” ilə olan müqaviləsinə qaşılıqlı xitam vermək istəyib. İstanbul təmsilçisi oyunçunun bu təklifini qəbul etsə də, ona şərt qoyub. Belə ki, Alperə azad agent qalacağı təqdirdə “Qalatasaray, “Başakşəhər” və “Trabzonspor”a getməyə qadağan edib. 
 
28 yaşlı futbolçu isə bununla razılaşmayıb. Bu vaxt təcrübəli oyunçunun üçün “Qarabağ” a keçməsi gündəmə gəlib. Ağdam klubu Alperi mövsümün sonuna qədər icarəyə götürmək istəyib. Hətta “Köhlən atlar” futbolçunun 6 aylıq  maaşının “Fənərbaxça” ilə birgə ödənməsində klubla razılığa gəlib. Ancaq bu səfər də oyunçu “Qarabağ” gəlməkdən imtina edib. 
 
Qeyd edək ki, “Fənərbaxça” mövsümün ikinci yarısı üçün Alper Potuku sifariş etməyib. İstanbul təmsilçisi ona mövsümün sonuna qədər icazə verib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right