"Sabah" "Qəbələ"yə qalib gəldi, "Keşlə" "Səbail"ə uduzdu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilir. Açılış matçında "Sabah" "Qəbələ"ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Bu, Bakı klubunun baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında ölkə çempionatındakı ilk qələbəsi olub.

Günün digər matçında isə iddialılardan olan - 2-ci pillənin sahibi "Keşlə" autsayder "Səbail"i qəbul edib və 0:1 hesabı ilə uduzub. Bu qələbə ilə "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, turun daha iki görüşü sabaha nəzərdə tutulub
.


7 fevral (cümə)

7 fevral (cümə)

21:00.“Keşlə” –“ Səbail” - 0:1 
Qol: 
Hendrik Ekşteyn, 51-pen
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
"ASK Arena”

 

19:00.“Sabah” – “Qəbələ” - 3:2
Qollar: 
Ülvi İsgəndərov, 5 (0:1), Marko Deviç, 19 (1:1), Mario Marina, 22 (2:1), Ehtiram Şahverdiyev, 64-avtoqol (3:1), Nikolas Raysel, 90+1-pen (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
"Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right