Ağabala Ramazanov: "Debütüm ürəyimcə oldu"

Premyer Liqanın 15-ci turunda "Sabah"ı 2:0 hesabı ilə məğlub edən "Zirə"nin futbolçu Ağabala Ramazanov oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, "qartallar"da ilk rəsmi oyununu keçirən 27 yaşlı vinger qol vurmasından danışıb

"Fasilədən sonra ilk oyunumuz idi. İstəyirdik ki, uğurlu start verək. Qələbədən vacib olan o idi ki, fasilədən sonra ilk oyunumuzu yaxşı keçirək. Məğlub olmaq istəmirdik. Qələbə qazanmaq sevindirici haldır. Mənim də debütüm idi. Hər şey ürəyimcə oldu. Qol vurmaqdan da önəmli qələbə qazanmaq idi. Qələbədə payım olduğu üçün çox sevinirəm".

Ağabala "Zirə"nin çempionatda iddialı olduğunu deyib:

"İddialarımız var. İddiasız komanda deyilik. Hansısa komandanı keçmək barədə düşünmürük. Öz oyunumuza fikir veririk. Belə davam etsək, gələcəkdə uğurlar qazana bilərik. Bizdən bir pillə qabaqda "Keşlə"dir. Ancaq sırf çalışmırıq ki, onlara çataq. Çalışırıq ki, öz üzərimizdə düşəni maksimum dəyərləndirək".

Ramazanov "Zirə"yə uyğunlaşmaqda çətinlik çəkmədiyini sözlərinə əlavə edib:

"Məncə, bu gün meydanda göründü ki, uyğunlaşmada heç bir problem yoxdur. Komandada yeni olsam da, hamı məni xoş qarşıladı. Məndən sonra gələn futbolçunu mən də xoş qarşılayıram. Heç bir problem yoxdur. Çalışırıq ki, hər oyuna kollektiv çıxaq, yumruq olaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right