"Qarabağ" "Fənərbağça"dan oyunçu gətirir

“Qarabağ” sürpriz transferə hazırlaşır. Ağdamlılar Türkiyə millilərində 35 (17-si əsas komandada) oyun keçirmiş Alper Potuku sıralarına qatacaq.

Newsport.az-ın məlumatına görəhazırda “Fənərbağça”da oynayan, amma əsas heyətə düşə bilməyən 27 yaşlı yarımmüdafiəçi yeni klub axtarır. İstanbul nəhənginə 2013-cü ildə “Əskişəhərspor”dan gəlmiş Alper “sarı lacivərdlilər”in heyətində 152 matça çıxaraq 12 qol vurub.

Kifayət qədər yaxşı karyerası olan Potuku almaq “Qarabağ”ın imkanları daxilində deyil. Bu səbəbdən ağdamlılar onu icarəyə götürmək istəyir. Heyətini seyrəltmək niyyətində olan “Fənərbaxğça” futbolçusunu “Rizəspor”a göndərmək istəsə də, Alper ağdamlıların düşərgəsinə gəlməkdə maraqlıdı. İlkin danışıqlar olub və müəyyən razılaşma əldə edilib.

Türkiyəli yarımmüdafiəçinin keçidində problem yaranmasa, onun maaşının yarıdan çoxunu yenə istanbullular ödəyəcək. “Qarabağ” isə yalnız yaydan sonra müqavilə şərtlərinə yenidən baxacaq. Alper komandaya uyğunlaşsa, onun uzun müddət ölkəmizdə qalmaq variantı var.

Potuk daha çox hücumameylli oyunçudu. Bu səbəbdən onu Riçard Almeydanın əvəzləyicisi saymamalıyıq. “Qarabağ” milliləşdirilmiş braziliyalının əvəzinə ispan oyunçu gətirəcək. Həmin futbolçuyla danışıqlar da yekunlaşmaq üzrədi. (Futbolinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right