"Zirə"də gözlənilməz ayrılıq

"Zirə" Xulio Sezar Rodriqes ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi paraqvaylı hücumçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

29 yaşlı hücumçu 2019-cu ildən "Zirə"də çıxış edirdi.

Xulio qəsəbə klubunda 28 oyunda 15 qol vurmuşdu. Paraqvaylının orta məhsuldarlığı 0,54-ə bərabərdir. O, klub tarixinin bombardirləri siyahısında 17 qol vuran Nelson Bonilyadan geri qalırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right