Rövnəq Abdullayev: "Zəif qrupdan çıxsaydıq, Avropa çempionatında iştirak edə bilərdik"

AFFA-nın növbəti konfrans iclası keçirilir.

 

Newsport.az xəbər verir ki, AFFA-nın prezidenti postuna yeganə namizəd olan hazırkı rəhbər Rövnəq Abdullayev 2019-cu ildə millinin uğursuz çıxış etdiyini deyib:

 

“Milli uğurlu çıxış etmədi. Millətlər Liqasındakı çıxışımız alınmadı. Zəiflər qrupundan çıxa bilmədik. Yoxsa, bu il Bakıda da keçiriləcək Avropa çempionatının final oyunlarında iştirak edə bilərdik. AÇ-2020-nin seçmə mərhələsində də nəticəmiz çox aşağı oldu. Cəmi 1 xal topladıq. Ümumiyyətlə, ürəkaçan heç nə olmadı. Əvəzində, klub yarışında uğur oldu. “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı”.

 

Abdullayev Şamaxıda yeni stadion tikiləcəyini bildirib:

 

"Bir çox stadionlarda dəyişiklik olub. Stadionların əksəriyyəti təbii ot örtüyünə keçib. Şamaxı şəhərində yeni stadion tikilməsi nəzərdə tutulub".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah