"Keşlə"nin hücumçusu zədələnib

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Keşlə” hücumçusunu itirib. Newsport.az-ın məlumatına görə, toplanışın ilk günü Vüsal İsgəndərli zədələnərək sıradan çıxıb.

Millimizin üzvü sağ ayağının arxa əzələsində ağrılar olduğu üçün komanda ilə məşqlərə qoşula bilməyib. Vüsal İsgəndərli “Keşlə”nin dünən “Zvikau”ya qarşı keçirdiyi oyunda da bu səbəbdən iştirak edə bilməyib.

Qeyd edək ki, “qırmızılar” qarşılaşmadan 4:1 hesabı ilə məğlub ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right