Yığmamızın yarımmüdafiəçisini cəzalandırdılar

İspaniya 2-ci liqasında 23-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. Son turlarda cəzalı olduğu üçün oynamayan millimizin üzvü bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

O, 64-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. “Albasete” hazırda 28 xalla 22 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right