"Sumqayıt" "Şaxtyor"la qarşılaşacaq

Qazaxıstan təmsilçisi "Şaxtyor" Antalya toplanışı çərçivəsində "Sumqayıt"la qarşılaşacaq. Newsport.az xəbər verir ki, bu barədə məlumatı Karaqanda təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, Türkiyə toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək "Şaxtyor"un son rəqibi məhz "Sumqayıt" olacaq. Qarşılaşmanın yanvarın 25-də oynanılması planlaşdırılır.

Qeyd edək ki, "Sumqayıt" dünən rəsmi saytı vasitəsilə Antalyada 3 yoxlama görüşünün keçiriləcəyini, "kimyaçılar"ın müvafiq olaraq yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacağını yazmışdı. Görünür, "gənclik şəhəri" təmsilçisinin planında dəyişiklik edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right