"Qarabağ" növbəti məşqə çıxdı

"Qarabağ” bu mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Newsport.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün növbəti məşqə çıxıb.

Qeyd edək ki, Premyer Liqanın lideri yanvarın 12-si hazırlığın ikinci mərhələsi üçün  Antalyaya gedəcək. Orada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında “Qarabağ” 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right