"Qəbələ"də yoxlama matçında dəyişiklik

"Qəbələ"nin Bakıdakı hazırlıq prosesində keçirəcəyi yoxlama matçının keçirilmə tarixi dəyişdirilib.
 
Newsport.az xəbər verir ki, I Divizion təmsilçisi MOİK-lə görüş açıqlandığı kimi yanvarın 11-də yox, 10-da olacaq. Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutacaq bu qarşılaşmanın başlanma vaxtı da artıq dəqiqləşib - saat 15:00.
 
Xatırladaq ki, “Qəbələ” qış fasiləsində hazırlığına yanvarın 4-də start verib. “Qırmızı-qaralar” Bakıda bir araya gələrək məşqlərini BOS-un adıçəkilən meydançasında keçirir. Bakı toplanışına məhz bu sınaq matçıyla yekun vurulması nəzərdə tutulub. Azərbaycan Kubokunun son qalibi yanvarın 12-dən 26-dək Tütkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında isə 4 yoxlama oyunu keçirəcək. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right