"Son qolu gənc futbolçumuz vurduğu üçün daha çox sevindim" - Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçından (3:1, ilk oyun - 1:0) fikirlərini bildirib.

O, qələbəni belə şərh edib:

"Hamımız ilk yarını ağır keçirdik. Bir az istirahətə ehtiyac var. Hərçənd biz az istirahət edəcəyik. Bir neçə günə hazırlığa başlayırıq. Futbolçulara qələbə üçün təşəkkür edirəm. Qələbəyə sevinirik, üçüncü qolu gənc oyunçumuz vurduğu üçün daha çox sevindim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right