Qurbanov qadınlardan ibarət milli üzvlərinə nə hədiyyə edəcək?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvlərinə forma hədiyyə edəcək.

Newsport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis bu barədə İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimində bildirib.

Qurbanov şahmat idman növünə hər zaman hörmətlə yanaşdığını sözlərinə deyib: "Uşaq vaxtı şahmata marağım böyük olub. Hazırda zəif oynayıram. Qadın şahmatçılardan ibarət millimizi təbrik edirəm.

Qızların hərəsinə "Qarabağ"ın forması mənim adımdan hədiyyə olunacaq. Klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qızlarla əlaqə saxlayacaq. Ermənilər üzərində qələbənin dəyəri danılmazdır".

Qurban Qurbanov İAM-ın sorğusuna əsasən ilin baş məşqçisi, Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan şahmat yığması isə ilin komandası seçilib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right