Elmar Baxşıyev: "Bu komanda daha yaxşı nəticələr verməyə qadirdir"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah” – “Qəbələ” matçından (2:3) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Newsport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis qələbəni şərh edib:

“İlk oyunda uğurlu nəticədən sonra bu matçda da qalib gəlmək istəyirdik. Bu dörd gündə komandanı qələbəyə kökləmişdik. Birinci oyundakı nəticəni unudub, bu qarşılaşmada qalib gəlməyə oynamaq lazım idi. Sevindirici odur ki, komanda verilən tapşırığı layiqincə yerinə yetirdi və qələbə qazandı. Komanda istədiyimizi meydançada verməyə başlayıb. Bu bizim üçün siqnaldır. İnanırıq ki, gələcəkdə bu komanda daha yaxşı nəticələr verməyə qadirdir. Çalışacağıq ki, komandanın indiki heyətini saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. İki mövqedə rəqabətin artırılmasını istəyirik. Komandama görə sevinirəm ki, hücumda oynayırıq. 2 oyuna 6 qol vurmaq bizim üçün sevindiricidir. Hücumda daha effektliyik. İstəyirik ki, oyunun 60-70 faizini hücumda keçirək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right