Azərbaycanlı referi DÇ-nin yarımfinal oyununda

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.
 
Newsport.az FİFA-nın saytına istinadən xəbər verir ki, 36 yaşlı referi “Yaponiya” – “Portuqaliya” matçında üçüncü hakim olacaq. Qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.
 
Digər yarımfinal görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək. 
 
Qeyd edək ki, dünya çempionatının finalı dekabrın 1-də olacaq. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right