"Qarabağ"a qol vurub, tarixə düşdü

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun "Sevilya"nın hücumçusu Brayan Gil üçün əlamətdar olub. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard İspaniya tarixinə düşüb.

O buna matçın 61-ci dəqiqəsində vurduğu qolla nail olub. Belə ki, 54-cü dəqiqədə oyuna qoşulub az sonra hesabı açan Gil XXI əsrdə doğulan ispaniyalı futbolçular arasında Avropa Liqasında qol vuran ilk oyunçu olub.

2001-ci il təvəllüdlü Gil eyni zamanda "Sevilya"da ikinci qoluna imza atıb. O, siftəni ötən mövsüm La Liqada "Rayo Valyekano" ilə görüşdə etmişdi.

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" matçı birincilərin 2:0 hesablı qələbəsi ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right