Yalnız Qurban Qurbanov!

Futbol sahəsində çalışan baş məşqçilərin dünya reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, ilk pillədə 15 min 551 xalla "Barselona"nın çalışdırıcısı Ernesto Valverdedir.

1000 ən yaxşı baş məşqçi arasında azərbaycanlılardan yalnız Qurban Qurbanovun adı var. Aktivində 1017 xal olan təcrübəli mütəxəssis 586-cı pillədə qərarlaşıb. O, bu göstəriciyə görə, Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanı (669-cu yer) qabaqlayıb.

“Neftçi”nin italiyalı məşqçisi Roberto Bordin də siyahıdadır. 818 xala malik appeninli 669-cu sırada yer alıb. O, son bir həftədə bir addım geri düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right