AFFA 9 kluba texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Newsport.az saytının məlumatına görə, cəza və cərimələrlə yanaşı, texniki məğlubiyyətlərin sayı da bol olub.

U-13 Liqasının UGİM (Naftalan) – UGİM (Göranboy), U-12 Liqasının “Bahar Gİİ” (Beylaqan) – “Füzuli”, İkinci Liqanın AZZERS – “Borçalı” oyunlarında ev sahibləri, U-11 Liqasının “UGİM Top Qapı” (Bərdə) – UGİM (Naftalan), İkinci Liqanın “Advokat” – “Star Karqo-2”, “Baku Fire-3” – “Baker Hughes” matçlarında isə qonaqlar təyin olunan vaxtda meydanda olmadığından, texniki məğlubiyyətlə cəzalandırılıblar. Adıçəkilən komandalardan AZZERS, “Star Karqo-2” və “Baker Hughes”ə 0:3 deyil, 0:5 hesablı yenilgi verilib.

U-12 Liqasının “Qədirli” (Tovuz) – “Qala” (Şəmkir) matçında “Qala” yaş limitini pozduğuna görə, U-13 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Lokomativ” (Balakən) görüşündə isə “Dinamo”nun heyətində sənədi olmayan futbolçu iştirak etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Birinci Liqanın “Forza Neftçi” – “Xızı Yasamal” qarşılaşması başa çatmamış özbaşına meydanı tərk edən “Xızı Yasamal”a da 0:5 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right