Lideri məğlub edib, zirvəyə yüksəldilər

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

“Sabah” lider “Turan Tovuz”u son dəqiqələrdə vurduğu qolla məğlub edib. Nəticədə, paytaxt klubunun əvəzediciləri zirvəyə yüksəlib.

“Keşlə-2” isə səfərdə “Zaqatala”dan üstün olub – 2:0. “Zirə-2” – MOİK matçında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Tura sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Birinci Divizion
10-cu tur

7 noyabr

Sabah-2 – Turan Tovuz 1:0
Qol: Reza Biqdelo, 88.
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Kərim Zeynalov, Elçin Məsiyev.
“Bank Respublika Arena” (ehtiyat meydança).

Zaqatala – Keşlə-2 0:2
Qol: Elmir Rəhimzadə, 36; 41.
Qırmızı vərəqə: Murad Qayalı, 62 (“Keşlə-2”)
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu.

Zirə – MOİK 2:2
Qol: Tapdıq Əhmədov, 15. Müşfiq İlyasov, 59 – Yamin Ağakərimzadə, 23. Raul Yaqubzadə, 79.
Qırmızı vərəqə: Fərid Nadirov, 24. Kənan Zülfüqarov, 56 (hər ikisi MOİK).
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Rəhman İmami, İnqilab Məmmədov.
“AZAL Arena”.

8 noyabr

Qaradağ Lökbatan – Neftçi-2
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Kamran Bayramov, Kamal Umudlu.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Səbail-2 – Kəpəz
Hakimlər: Rəşad Əhmədov, Teymur Teymurov, Elxan Əsgərzadə, Əliyar Ağayev.
“ASCO Arena”, 16:00.

Qarabağ-2 – Sumqayıt-2
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Vüqar Həsənli.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 17:00.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right