"Neftçi"yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallar müzakirə edilib. Newsport.az saytının məlumatına görə, komitə bəzi komandalara texniki məğlubiyyət verib.

U-13 Liqasının UGİM (Yevlax) – UGİM (Naftalan) oyununda UGİM, U-12 Liqasının “Ləcət” (Xaçmaz) – UGİM (Xaçmaz) görüşündə “Ləcət”, U-11 Liqasının “Ağstafa Gənclər” – “Qədirli” (Tovuz) matçında isə “Qədirli” təyin olunan vaxtda meydana çıxmadığına görə, hər üçünə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Neftçi İK” – “Baku Fire” qarşılaşmasında “Neftçi İK”nın heyətində protokolda adı olmayan futzalçı istirak etdiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right