"Qarabağ"da itki: APOEL-lə oyunu buraxacaq

"Qarabağ"ın hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. Newsport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə gənc oyunçunun durumunun ciddi olduğunu yayıb.

Premyer Liqanın X turunda “Neftçi” ilə matçda zədələnən milli komandamızın üzvünün əzələsində dartınma olduğu aşkarlanıb. Futbolçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Emreli Avropa Liqasının qrup mərhələsində APOEL-lə qarşılaşmanı buraxacaq. Futbolçunun AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə qarşılaşmalarda iştirakı da sual altına düşüb.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right