Qara Qarayev: "Qarabağ"da belə şeylər paylaşmağa icazə vermirlər"

“Ağır bir oyundan sonra vacib qələbə qazandığımızı düşünürəm. Çünki APOEL-lə çox çətin qarşılaşma oldu. Müəyyən mənada, oyun ərzində bəzi çatışmazlıqlarımız var idi. Amma ümumilikdə düşünürəm ki, vacib olan 3 xal idi və onu da qazandıq”.

 

Newsport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Matçda yeganə qolun müəllifi olan Qara “Neftçi”nin futbolçusu Rəhman Hacıyevin "İnstagram"da atın belində olan fotosunu paylaşmaqla “Qarabağ”a atmaca atmasına münasibət bildirib: “Bizim klubda belə şeylərə icazə vermirlər. Heç təsəvvür yaratmayıblar ki, belə şeylər paylaşa bilərik. Biz bütün komandalara qarşı hörmətlə yanaşmışıq. Düşünürəm ki, “Neftçi” ilə oyundan daha vacib bu oyun idi. Şükürlər olsun ki, bu oyunda qələbə qazana bildik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right