"Sona qədər dominant tərəf idik" - Roberto Bordin

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Komandamı təbrik edirəm. Gözəl oyun göstərdik. Baxmayaraq ki, penalti qolu ilə hesabda geri düşdük, futbolçular vaxtında və düzgün reaksiya verdi. Sona qədər dominant tərəf idik. Layiqli qələbə qazandıq.

- Demək olarmı ki, artıq meydanda istədiyiniz “Neftçi”ni görürsüz?
- Bir period var idi ki, komanda özünə bənzəmirdi. Ardıcıl 4 qələbə qazandıq. Bu futbolçuların əziyyətinin bəhrəsidi. Biz yalnız tapşırıqları veririk, icra edən oyunçulardı. Oyundan oyuna daha yaxşı çıxış edirik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right