Millimizin oyunu latviyalıya tapşırıldı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. Newsport.az saytı xəbər verir ki, yığmamız saat 16:00-da başlayacaq oyunda Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu idarə edəcək hakimlər də bəllidi. Qarşılaşmada latviyalı Yelena Yermolayeva ədalət təmsilçisi olacaq. Ona həmyerlisi Liqa Didrike və  ukraynalı Svitlana Qruşko kömək edəcək.

Dördüncü hakim funksiyasını Kateryna Usova (Ukrayna) yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right