APOEL Bakıya nə vaxt gələcək?

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olacaq APOEL bu gün Nikosiyada son məşqini keçəcək. Newsport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, komanda sabah Bakıya səfər edəcək.

Kipr klubunu paytaxtımıza gətirəcək təyyarə səhər saatlarında yola düşəcək. Sabah axşam isə baş məşqçi Tomas Doll qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqini keçəcək.

Qeyd edək ki, oktyabrın 24-də baş tutacaq "Qarabağ" - APOEL görüşü saat 20:55-də start götürəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah